Azərbaycan Premyer Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı futbolçularının adları məlum olub.
Jurnalistlər arasında keçirilmiş sorğuda “Bakı”nın hücumçusu Əfran İsmayılov sentyabr, “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo isə oktyabr ayının ən yaxşı oyunçuları seçiliblər.
Qaliblərə 1500 manat pul mükafatı təqdim olunub.