22 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa: turu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqası 23-cü turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çox maraq göstərilən qarşılaşması Sumqayıtda baş tutub. “Turan Tovuz”u qonaq edən “Kimyaçılar”ın oyununu stadiondan 1480 tamaşaçı izləyib.

Turun digər görüşlərində qeydə alınan azarkeş sayı belədir:

“Sabah” – “Kəpəz” – (850 – 3:2)

“Səbail” – “Araz Naxçıvan” – (400 – 2:2)

“Neftçi” – “Zirə” – (945 – 1:0)

Xatırladaq ki, bu turda keçirilməli olan “Qəbələ” – “Qarabağ” görüşü Ağdam təmsilçisinin Avropa Liqası pley-off mərhələsində keçiriləcək “Braqa” görüşü üçün ayın 28-nə təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43