24 Oktyabr 2024
Ölkə futbolu

Premyer Liqa: turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqası 3-cü turunda ən çox azarkeş qeydə alınan matçı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu turda ən çox tamaşaçı Tovuzda qeydə alınıb. Ev oyunlarını bu rayonda keçirən “Kəpəz”lə “Turan Tovuz” görüşünü tribunalardan 5500 azarkeş izləyib.

Turun ən az tamaşaçısı isə Zirədə baş tutan “Neftçi” – “Sabah” qarşılaşmasında olub. Matçı 800 azarkeş izləyib. “Sumqayıt” – “Səbail” oyununda isə 1450 fanat stadionda yer alıb.

Xatırladaq ki, “Şamaxı” – “Qarabağ”, “Zirə” – “Araz Naxçıvan” görüşləri klublarımızın avrokubok matçları səbəbindən təxirə salınıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43