Ölkə futbolu

Premyer Liqa: XXV turu neçə nəfər izlədi?

Azərbaycan Premyer Liqasında XXV tur oyunlarını stadiondan izləmiş azarkeş sayı məlum olub.

Ən yüksək göstərici turun son oyunu “Sabah” – “Neftçi” (0:2) görüşündə qeydə alınıb. Masazırdakı “Əlincə Arena”da baş tutan qarşılaşmanı 1600 nəfər tribunadan izləyib. Ən aşağı rəqəm isə Qəbələ şəhər stadionunda yerli komandanın “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiyi oyunda qeydə alınıb – cəmi 300 nəfər.

Sumqayıtda eyniadlı komandanın “Səbail”ə məğlubiyyətinə (1:2) 1000, “Qarabağ”ın Respublika Stadionunda “Keşlə” üzərində qələbəsinə (3:0) isə 500 nəfər şahidlik edib.

Ümumilikdə turun 4 oyununda 3400 nəfər azarkeş qeydə alınıb. Bu da hər matçda 850 nəfərin olması deməkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43