“Vacib qələbə qazandıq. Rəqib çox yaxşı oynanır. Belə səfərdə 3 xal qazanmaq asan deyildi. İkili mübarizələrdə üstünlükləri var. İstənilən halda 3 xalı qazanmaq bizim üçün əla idi”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Turan Tovuz” oyunu (2:0) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
“Qarşıda “Şamaxı” oyunu var, hazırda bu matçla bağlı düşünürük. Çempionatı neçənci sırada bitirəcəyimizi mövsüm sonu görəcəyik.
Heyətdə hamıya şans verməyə çalışırıq. Komandanın ən yaxşıları meydanda olurlar. Gənc oyunçular da özlərini yaxşı tərəfdən göstərirlər.
Çempionatda komandanın artırılıb-artırılmamasına şərh vermək çətindir. Liqada 12 komanda olsa, daha yaxşı olar. Amma gələcək klublar Premyer Liqanın səviyyəsinə uyğun olmalıdır. Necə ki, hazırda alt sıralarda çətin rəqabət gedir. İnkişaf üçün komandaların səviyyələri vacibdir”.