“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin idmanxeber.az saytına müsahibəsi
– Son turda “Turan Tovuz”a qarşı vacib qələbə qazandınız. Sanki mövsümün rahat oyunlarından biri oldu..
-Fikrimcə, oyun heç də asan keçmədi. Bizi yaxşı komanda ilə çətin səfər oyununun gözlədiyini bilirdik. Tovuza 6 saatlıq məsafə qət etmişdik. Bundan əlavə, süni örtükdə oynamaq da əlavə çətinlik yaradırdı. Buna rəğmən, bu oyundan 3 xalla ayrılmağı bacardıq. Qalib gəldiyimizə görə şadam.
– Artıq ikincilik təmin edilib demək olar. Bununla qane olmusunuz, yoxsa hələ çempionluq ümidiniz var?
– Biz hər növbəti matçımıza köklənirik. Hazırda əsas hədəfimiz növbəti 5 matçdan qələbə ilə ayrılmaqdır.
– “Qarabağ”la aranızda 7 xal fərq var. Mövsümə ümumən nəzər yetirəndə hansı oyunlara daha çox heyfislənirsiniz…
-Əlbəttə, həmişə daha yaxşısına nail olmaq olar. Lakin bu görüşlər artıq geridə qalıb. Biz oyundan-oyuna inkişaf etməyə çalışırıq. Firkimcə, növbəti mövsümdə daha yaxşı komanda olmaq yolundayıq.
– Səncə, hakim qərarları hazırkı vəziyyətə çox təsir edib? “Sabah”a qarşı ədalətsizliyin olduğunu düşünürsən?
-Hakimlik barədə nə isə demək istəmirəm. Bütün ölkə bunun şahidi olur. Məncə, ən doğru qiyməti futbol ictimaiyyəti, siz verə bilərsiniz.
– Baş məşqçiniz Premyer Liqada 12 komanda olsa, daha yaxşı olacağını düşünür. Maraqlıdır, bu barədə sən nə düşünürsən? Çempionatda komanda sayı artmalıdır?
-Əlbəttə, komanda sayının çox olması daha yaxşıdır. Şəxsən mən 15-18 komandanın olmasını istərdim. Lakin bir şərtlə ki, süni örtüklü meydançalar olmasın. Doğrudan da belə meydançalarda oynamaq futbolçular üçün həm ağrılı, həm də zədə almaq baxımından çox təhlükəlidir.
– “Sabah”la müqaviləm var, yaxşı mövsüm keçirirsən. Uyğun təklif gəlsə, ayrılmağı düşünəcən?
– “Sabah” mənim klubumdur. Özümü burada çox rahat və xoşbəxt hiss edirəm. İndi yalnız qarşıdakı oyunlarımıza köklənmişəm.
Həsən Quluzadə