Kateqoriyasız

Premyer Liqada “200”ə çatan 10-cu qapıçı

Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

Təcrübəli qapıçının yubileyi Premyer Liqanın VIII turunun “Sabah” – “Sumqayt” matçına (3:0) təsadüf edib. “Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb.

Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.

 

1. Fərhad Vəliyev – 282

2. Rauf Mehdiyev – 271

3. Cahangir Həsənzadə – 268

4. Anar Nəzirov – 260

5. Nizami Sadıqov – 247

6. Kamran Ağayev – 235

7. Hüseyn Məhəmmədov – 227

8. Nadir Şükürov – 219

9. Elxan Həsənov – 203

10. Səlahət Ağayev – 20


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43