28 Noyabr 2024
Dünya futbolu

Premyer Liqada aprel ayının ən yaxşıları məlum oldu

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Tottenhem”in hücumçusu Son Hın Min və baş məşqçisi Mauriso Poçettino ötən ayın ən yaxşıları seçiliblər.

Cənubi koreyalı futbolçu cari mövsüm ikinci dəfə bu mükafata sahib çıxıb. 24 yaşlı oyunçu sentyabrda da ən yaxşı oyunçu adına layiq görülmüşdü.

Son apreldə 6 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43