İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu Erlinq Haaland olub.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin hücumçusu hər kəsi qabaqlayıb. Norveçli forvard ötən ay bütün turnirlərdə 4 oyun keçirib, 3 qol vurub.
Haalandın “şəhərlilər”lə 2027-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.