“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu Premyer Liqada avqust ayının ən yaxşı baş məşqçisi seçilib.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun pleymekeri Ceyms Meddison da ötən aydakı performansı ilə hamını qabaqlamağı bacarıb.
“Tottenhem” bu mövsümə 3 qələbə 1 heç-heçə ilə başlayıb. Meddison bu 4 oyunda 2 qol və 2 məhsuldar ötürməylə yadda qalıb.