AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən Hesabat Konfransında çıxış edib.
O, ölkə çempionatındakı komandaların sayının artırılmasınıdan da danışıb:
“Biz də Premyer Liqadakı komandaların sayını 10 olmasını istəyirik. Bu gün 8 komandalı çempionat gedir, autsayder liderdən xal ala bilir. “Qarabağ” hər mövsüm avrokubokların qrup mərhələsində iştirak edir. Amma güclü, maliyyə mənbəyi yüksək olsun. Klublarımızla sıx əməkdaşlıq edirik və tələb edirik ki, AFFA kimi maliyyə hesabatları şəffaf olsun. Bu gün Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunun 25 faizi zəmanət olmalıdır. Bununla Azərbaycan futbolunu sığortalayırıq. Əvvəlki illərdə klublarımızın maliyyə problemi olub. Amma zəmanət məşqçilərin, futbolçuların maaşlarını sığortalayır”.