Milsi Premyer Liqasının XXIII turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” oyunu tamaşaçı baxımından digərlərini qabaqlayıb. Azərbaycan derbisini tribunalardan 9355 fanat izləyib. Bu, cari mövsümün rekord göstəricisi olub.
XXIII turun ən az maraq göstərilən matçı isə “Səbail” – “Sabah” görüşüdü. Sözügedən oyunu cəmi 300 azarkeş izləyib.
Digər qarşılaşmalarda qeydə alınan azarkeş sayı belədir:
“Sumqayıt” – “Zirə” – 1200
“Turan Tovuz” – “Araz Naxçıvan” – 4100
“Kəpəz” – “Şamaxı” – 400