Ölkə futbolu

“Sabah”, “Sumqayıt” və “Zirə” avrokuboklarda – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu turuna start verilib.

İdmanxeber.az xəbər verir ki. ilk oyun günündə avrokuboklar uğrunda mübarizə aparan komandalar meydana çıxıb.

Turun mərkəzi matçında “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib. Digər görüşlərdə isə “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni sınağa çəkib. Oyunlar eyni vaxtda start götürüb.

Qeydə alınan nəticələrdən sonra “Zirə”, “Sumqayıt” və “Sabah” avrokuboklara vəsiqə qazanıb. Mövsümü 5-ci yerdə başa vuran “Neftçi” isə avrokuboklardan kənarda qalıb.

25 may (şənbə)

19:00. “Zirə” – “Səbail” 1:0
Qol: 
Qismət Alıyev, 57

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah” 0:1
Qol: 
Namik Ələsgərov, 86

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ” 1:0
Qol: 
Erik Sorqa, 52

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun “Araz-Naxçıvan” – “Qarabağ”, “Turan Tovuz” – “Kəpəz” görüşləri sabah baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43