12 Fevral 2025
Ölkə futbolu

Premyer Liqada mövsümünün ən böyükhesablı nəticəsi təkrarlandı

Misli Premyer Liqasında 2024/2025 mövsümünün ən böyükhesablı nəticəsi təkrarlanıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXII turda “Qarabağ”ın “Səbail”i 5:0 hesabı ilə məğlub etdiyi matçda reallaşıb.

Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib.

Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43