23 Oktyabr 2024
Dünya futbolu

Premyer Liqada sentyabr ayının ən yaxşısı seçildi

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ötən ay İngiltərə çempionatında 4 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Səsvermədə Palmer Harvi Barnsı (Nyukasl), Luis Dias (Liverpul), Qabriel (Arsenal), Rayan Qravenberç (Liverpul), Raul Ximenez (Fulhem), Duayt Maknil (Everton) və Olli Uotkinsi (Aston Villa) qabaqlayıb. .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43