17 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqada təxirə salınmış oyunların tarixi açıqlandı

Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da keçiriləcək.

Oyunları məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcəyi vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43