Topaz Premyer Liqasında 22-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib.
PFL-in saytına istinadən verdiyimiz məlumata görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı – Lukaş Sapela (“Rəvan”)
Müdafiəçilər – Yohan Bokonyano (“İnter”), İdan Vaytsman (“Simurq”), Laşa Salukvadze (“İnter”), Emin Mehdiyev (“Neftçi”)
Yarımmüdafiəçilər – Vaqif Cavadov (“İnter”), Rəşad Sadiqov (“Neftçi”), Aleksandar Soliç (“Bakı”), Araz Abdullayev (“Neftçi”)
Hücumçular – Draqan Çeran (“Simurq”), Rauf Əliyev (“Bakı”)
“Qarabağ” bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadır – oyun ərzində 47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında “Xəzər Lənkəran”, qapıya zərbələrdə isə “Simurq” üstün olub. “İnter” futbolçuları isə hamıdan çox – 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”dir.
Topaz Premyer Liqasında 22-ci turun ən yaxşı oyunçusu isə “Simurq”dan Draqan Çerandır. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub.