Bu gün Topaz Premyer Liqasının XVII turuna yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə 3 qarşılaşma keçiriləcək ki, hər 3 matç cnalı yayımlanacaq. Belə ki, “Sumqayıt” – “Qəbələ” və “İnter” – “Neftçi” oyunları İdman Azərbaycan telekanalının canlı efirində olacaq.
“Xəzər Lənkəran” – “Qarabağ” matçı isə Lənkəran klubunun TV-sindən canlı yayımlanacaq.
18 dekabr
15:00 ”Sumqayıt” – “Qəbələ” – İdman Azərbaycan
17:00 “Xəzər Lənkəran” – “Qarabağ” – “Xəzər Lənkəran TV”
17:00 ”İnter” – “Neftçi” – İdman Azərbaycan