Kateqoriyasız

Premyer Liqamızda gənclərə ən çox şans verən komanda

Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CİES) gənclərə ən çox şans verən klubların siyahısını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, dünyanın 71 liqasında çıxış edən 999 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının göstəriciləri də qeyd olunub.

Çempionatımızda 21 yaşadək futbolçulara ən çox şans verən “Qəbələ”dir. Yaş ortalaması 26,5 olan “qırmızı-qaralar” 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib. “Qarabağ” (26,6 yaş, 9,5 faiz) 2-ci, “Sabah” isə (26,7 yaş, 7,6 faiz) 3-cü pillədədir.

Ümumi siyahıya isə Latviya təmsilçisi “Metta” (88.1 faiz) başçılıq edir.

Premyer Liqamızda 21 yaşadək futbolçulara şans verən klubların sıralanması

1. “Qəbələ” (26,5 yaş) – 10,4
2. “Qarabağ” (26,6 yaş) – 9,5
3. “Sabah” (26,7 yaş) – 7,6
4. “Sumqayıt” (25,7 yaş) – 5,4
5. “Keşlə” (27,7 yaş) – 4,1
6. “Neftçi” (26,4 yaş) – 4,0
7. “Zirə” (25,7 yaş) – 3,7
8. “Səbail” (26,7 yaş) – 1,5


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43