Ölkə futbolu

Premyer Liqamızda mövsümün ən gənc futbolçusu

“Sabah”ın futbolçusu Şakir Seyidov üçün Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ”la səfər oyunu (1:1) əlamətdar olub.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” istinadən yaydığı xəbərə görə, qarşılaşmanın 80-ci dəqiqəsində Məqsəd İsayevi əvəzləyən gənc yarımmüdafiəçi, yüksək liqada ilk oyununa çıxıb.

Premyer Liqada 17 yaş, 10 ay, 24 günlüyündə debüt edən Şakir, çempionatın cari mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Xatırladaq ki, Şakir Seyidov bir neçə gün öncə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan U-19 millimizin heyətində yer almışdı. Seçmə mərhələdə hər biri 90 dəqiqə olmaqla, 2 oyunda çıxış edən Şakir, yığmamızın uğurunda pay sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43