Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutacaq 4 oyundan ikisinin başlama vaxtı bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, fevralın 28-də keçiriləcək oyunlardan “İnter” – “Simurq” qarşılaşması saat 15:00-da başlayacaq. Bundan iki saat sonra – 17:00-da isə Tofiq Bəhrəmov adına Respublika stadionunda turun mərkəzi qarşılaşması “Qarabağ” – “Qəbələ” matçı baş tutacaq.
Qeyd edək ki, 24-cü turun bütün oyunları eyni gündə keçiriləcək.