Premyer Liqa

Premyer Liqamızda yeni tamaşaçı rekordu – GƏNCƏDƏ

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Zirə” oyununda (1:1) yeni rekord qeydə alınıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu ilk turun “Xəzər Lənkəran” – “İnter” oyunu (2:0) idi – 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmayıb.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınıb. Ötən çempionatda “Xəzər Lənkəran”  – “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” – “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” – “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr edib. “Kəpəz” – “Zirə” oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınıb. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” – “Qarabağ” matçını 13500 tamaşaçı izləyib. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43