Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümünə yekun vuruldu.
İdmanxeber.com-un məlumatına görə, baş tutan 32 turun bir neçəsində “come back”lar müşahidə olundu.
Xüsusən də “Qəbələ” 3 matçda geri düşdüyü oyunun ikinci yarısında dönüş edərək qələbə qazanmağa müvəffəq olmuşdu.
Premyer Liqada 5-ci tur: “Qəbələ” Zaqatalada 0:1 geri düşdüyü matçın son 20 dəqiqəsində iki qol vurmaqla 3 xalı aktivinə yazdı.
Premyer Liqada 7-ci tur: “Simurq” öz meydanında “Sumqayıt”la oyunda 0:2 hesabı ilə geri düşdüyü matçın son 30 dəqiqəsində 3 qol vurmaqla 3 xalı qazanan tərəf oldu.
Premyer Liqada 9-cu tur: “Qəbələ” öz meydanında “Sumqayıt”la matçda 0:1 hesabı ilə geri düşdüyü oyunun son 13 dəqiqəsində 3 qol vuraraq qələbə qazandı.
Premyer Liqada 23-cü tur: “Qəbələ” ilk hissədən sonra 0:1 hesabı ilə geri olduğu “Xəzər Lənkəran”la matçın ikinci yarısında 3 qol vuraraq 3 xal qazanıb.
Premyer Liqada 29-cu tur: “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”yə ilk hissədən sonra 0:2 hesabı ilə geri olduğu matçın ikinci yarısında 1 nəfər azlıqda olmasına rəğmən 2 qol vuraraq “Böyük oyun”da uduzmadı.
Qeyd: Yuxarıda komandaların ilk hissədən sonra məğlub olduqları halda ikinci yarıda dönüş edərək qazandıqları qələbələr qeyd edilmişdi.
Xəyal