İngiltərə Premyer Liqasını tərk edən üçüncü, sonuncu komandanın da müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “Hall Siti” növbəti mövsüm Çempionşipdə çıxış edəcək. Sözügedən komanda XXXVII tur çərçivəsində səfərdə “Kristal Pelas”a məğlub olub 0:4. Bu nəticədən sonra Marko Silvanın komandasının aşağı liqaya yuvarlanması rəsmiləşib.
Qeyd edək ki, “Hall Siti”dən öncə “Snaderlend” və “Midlzbro” komandaları aşağı liqaya yuvarlanmışdı.