Türkiyədə təlim-məşq toplanışını başa vurub vətənə qayıdan “İnter” dünən “Şəfa” stadionunda məşqə çıxıb. Məşqin gedişatında komandanın aparıcı üzvü Vaqif Cavadov zədələnib.
Klubdan idmanxeber.com-a verilən məlumata görə, futbolçunun zədəsi ciddi deyil və onun fevralın 2-də baş tutacaq AZAL-la oyunda meydanda olacağı gözlənilir.
Qeyd edək ki, Vaqif Cavadov 9 qolla Premyer Liqanın ən sərrast futbolçusudur.