30 Noyabr 2021
Ölkə futbolu

Premyer Liqanın ən yaxşı legionerlərindən biri: “İstəyirəm ki, bu matçda fərqlənim”

Topaz Premyer Liqasının III turu çərçivəsində avqustun 19-da “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. 

Bu günə kimi sözügedən rəqibə qarşı keçirilən 4 oyunun nəticəsinə nəzər salsaq, “Sumqayıt”ın “Qəbələ” üçün düşərli rəqib olduğunu söyləmək olar: 4 görüş, 4 qələbə. 

Ümumilikdə “qırmızı-qaralar” “Gənclik şəhəri” təmsilçisinin qapısından 10 top keçirib ki, bunun da 2-sinə Dodo imza atıb. Adıçəkilən komanda həm də Dodonun “Qəbələ” forması ilə qapısına yol tapdığı ilk kollektivdir. Bu mənada “Sumqayıt”ın Dodo üçün xüsusi yaddaqalan rəqib olduğunu söyləmək olar. 

Futbolçu klubun rəsmi saytına açıqlamasında bu fikri təsdiqləyib: “Sumqayıt” “Qəbələ” karyeramda qapısına yol tapdığım ilk komandadır. Bu baxımdan sözügedən rəqib və qol xüsusi yadımda qalıb. Ümumiyyətlə, “Sumqayıt”la oyunlarımız həmişə maraqlı alınıb. Sevindirici haldır kı, bütün matçlarda yekunda sevinən tərəf biz olmuşuq”.

Dodo növbəti oyunda da fərqlənmək arzusunda olduğunu, komanda olaraq uğurlu seriyanı davam etdirmək istədiklərini bildirib: “Mövsümə uğurlu start verdik. İki mühüm qələbə qazandıq. Qələbə seriyamızı davam etdirmək əzmindəyik. Digər komanda yoldaşlarım kimi mən də istəyirəm ki, bu matçda fərqlənim. Amma “Qəbələ”nin 3 xal qazanması mənim də, digər futbolçuların da fərdi uğurundan daha önəmlidi. İnanıram kı, kollektiv olaraq növbəti qələbə hədəfimizə nail olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bordin Qurbanovdan irəlidədir

admin

Qəbələdəki səhvlərin acı sonu… (FOTOLAR)

admin

“Qarabağ” ilk sınağında məğlub oldu- VİDEO

admin