Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərin növbəti məşğələsi keçirilib.
İdmanxeber.com-un məlumatına görə, hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovun rəhbərlik etdiyi toplantı zamanı Topaz Premyer Liqasının ilk iki dövrəsində qeydə alınmış penalti epizodları müzakirə olunub.