07 Yanvar 2025
Ölkə futbolu

Premyer Liqanın sürpriz komandası yeni ildə ilk məşqinə çıxdı

“Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib.

İdmanxeber.az-ın məlumatına görə, dekabrın 22-də “Qarabağ” keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.

2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarən məşqlərə qatılacaqlar.

Komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43