Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb. Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.
Qərara əsasən, cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
Burada söhbət I Liqada “ilk üçlüy”də qərarlaşan komandalardan getmir. Mövsümü yuxarı pillələrdə bitirmək hələ Premyer Liqaya gəlmək deyil. Çünki federasiyanın açıqlamasında 3 komandanın birbaşa elitaya vəsiqə qazanacağı qeyd edilib.
Bu isə o deməkdir ki, I Liqada çempionatı “ilk üçlüy”də bitirən yox, lisenziyalaşdırma şərtlərinə əməl edən edən klublar yüksək liqaya vəsiqə qazanacaq. Bu səbəbdən də I Liqa təmsilçiləri indidən infrastrukturlarını yaxşılaşdırmalı, stadion amilinə diqqət etməlidirlər. Əks təqdirdə mövsümü yuxarı pillələrdə tamamlamaq onlara elita üçün kifayət etməyəcək.
İdmanxeber.az