Ölkə futbolu

Premyer Liqaya iddialı klubda baxış keçirildi, çatışmazlıqlar bəlirləndi 

PFL rəhbərliyi Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” klubunu ziyarət edib.

İdmanxeber.az-a verilən məlumata görə, qurum əməkdaşları Yevlax rayonuna səfəri zamanı komandanın ev oyunlarını  keçirdiyi stadiona baxış keçiriblər. PFL nümayəndələri arenada müəyyən çatışmazlıqlar bəlirləyib və bu barədə klub rəhbərliyinə məlumat verib.

Premyer Liqaya iddialı olan “Karvan” komandası qısa vaxtda çalışmalara start verəcək. Rəhbərlik tez bir zamanda  stadionun meydançasını yeniləmək niyyətindədi. Qonaqlar klubun yeni tikdiyi bazaya da baş çəkiblər.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43