Azərbaycan I Liqa klubu “Karvan” heyətini gücləndirib.
İdmnaxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Roman Hüseynovla razılığa gəlib. Tərəflər yeni müqavilə şərtlərində anlaşıb.
Ötən mövsümü “Şamaxı”da keçirən Hüseynov karyerasını Yevlax klubunda davam etdirəcək.
Xatırladaq ki, “Şamaxı” növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.