İdman

Prezident İlham Əliyev voleybolçularımızı qəbul etdi – FOTOLAR

Bu gün – oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, görüşdə millimizin üzvləri ilə yanaşı, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov iştirak edib. 

Dövlət başçısı millimizin qitə birinciliyində çıxışı haqda fikirlərini bildirib. Daha sonra millimizin baş məşqçisi, AVF rəhbəri çıxış ediblər. Görüşün sonunda millimizin kapitanı Odina Bayramoav İlham Əliyevə voleybol topu, hücumçusu Polina Rəhimova yığmamızın göy rəngli formasınə hədiyyə edib. 

Xatırladaq ki, son qitə biriciliyi ölkəmizdə və Gürcüstanda keçirilib. Azərbaycan qonşu ölkədən fərqıi olaraq 2 şəhərdə – Bakı və Göygölda oyunları keçirib. İlham Əliyev Milli Gimnatsika Arenasında keçirilən matçlarda millimizin oyununu izləməyə gəlib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43