Kateqoriyasız

“Prezident tapşırıq verib, federasiyaların işi araşdırılır” – Gənclər və idman naziri

“Federasiyalarda keçirilən görüşlərim araşdırma xarakteri daşıyır”.

Bu barədə “Report” agentliyinə açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Onun sözlərinə görə, çətinliklər olsa da, problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlama aparılmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik”

F.Qayıbov qeyd edib ki, federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək.

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək: “Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43