DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşərək qələbə münasibətilə onları təbrik edib, komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıb.
Xatırladaq ki, Azərbaycan milli komandası Şimali İrlandiya yığmasını 2:0 hesabı ilə məğlub edib.