Dünyadan

Proqnozsevərlərin nəzərinə: “Real” “Selta” önünə bu futbolçular olmadan çıxacaq

İspaniya La liqasının 34-cü turu çərçivəsində səfərdə “Selta Viqo” ilə qarşılaşacaq Madrid “Real”ı bu matça əsas heyət üzvlərinin bir neçəsi olmadan çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “kral” klubunun baş məşqçisi Karlo Ançelotti matçdan öncə keçirdiyi mətbuat konfransında: “Kriştiano Ronaldo oynamayacaq. Çünki 100% düzəlməyib. Onu riskə atmaq istəmirəm. Pepe, Di Maria, Varan və Karvahal da eyni şəkildə “Selta Viqo” matçında heyətdə ola bilməyəcək” – deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43