21 Dekabr 2024
Kateqoriyasız

“Prosineçki Azərbaycanda ilinə 1,2 milyon avro qazanır”

Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker Prosineçki haqda dnaışıb.

İdmanxeber.com-un məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən Şuker Prosineçkinin istədiyi məbləği vermək gücündə olmadıqlarını və buna görə də, onun Xorvatiya millisinin baş məşqçi olma ehtimallarının az olduğunu bildirib:

“Prosineçki Azərbaycanda ilinə 1,2 milyon avro qazanır. Bu məbləği biz ona verə bilmərik. Halbuki, onun Xorvatiya yığmasında işləməsi üçün hər cür şərait var. Prosineçki böyük futbolçu olub və artıq məşqçi kimi də özünü göstərir. Lakin onun Azərbaycan millisindən ayrılaraq Zaqrebə gələcəyinə inanmıram. Bir sıra problemlər var. Əsas problem də maliyyə məsələsidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43