05 Fevral 2025
Milli komanda

“Prosineçki Azərbaycandan başqa Avropada heç kimə lazım deyil”

Sergen Yalçın Robert Prosineçkinin Azərbaycan yığmasına baş məşqçi təyin olunması barədə fikrini bildirib.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli veteran futbolçu bunları deyib:

“Prosineçki Türkiyədə yaxşı məşqçi oldu. Amma ona kim iş təklif etdi? Azərbaycan. Bəs o, əvvəllər harada işləyib? “Srvena Zvezda”da. Balkan ölkələrindən və Azərbaycandan başqa o, Avropada heç kimə lazım deyil. Biz əcnəbiləri şişirtməyi xoşlayırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43