Azərbaycan millisini baş məşqçisi Robert Prosineçki dekabrın 17-də, saat 10:00-da Sumqayıt şəhərindəki “Kapital arena” stadionunda keçiriləcək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubun U-17 komandası arasında yoldaşlıq oyununu və Topaz Premyer Liqasının XVII turu çərçivəsində, saat 14:00-da, “Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionunda başlanacaq “Bakı” – AZAL qarşılaşmasını canlı izləyəcək.