Milli komanda

Prosineçki Çexiyaya qarşı bu “11”liyi meydana buraxacaq

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin meydana çıxacağı "onbirlik" məlumdu.

İdmanxeber.com-un məlumatına görə, Prosineçki qapıda Kamran Ağayevə güvənəcək.

Müdafiədə Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov çıxış edəcək. Millimizin kapitanı Rəşad Sadıqovun zədəsi olduğundan onun sabahkı matçda oynayıb-oynmamayacağı sual altındadı. Əgər Rəşad sabahkı oyunda meydana çıxa bilməsə onun yerinə Maksim Medvedevi start heyətində görə biləcəyik.

Yarımmüdafiə xəttini Qara Qarayev, Rahid Əmirquliyev, Dmirti Nazarov, Namiq Ələsgərova tapşıran xorvatiyalı mütəxəssis, hücumda Ramil Şeydayev və Ruslan Qurbanov cütlüyünə güvənəcək.

Xatırladaq ki, sabah keçiriləcək Çexiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43