Robert Prosineçki “Hayduk”un futbolçusu Ruslan Qurbanovu Serbiya ilə yoldaşlıq oyunu və Norveçlə “Avro-2016″nın seçmə mərhələsinin matçı üçün millinin heyətinə çağırıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “Hayduk” klubunun rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, millimiz iyunun 7-i Serbiya ilə yoldaşlıq görüşü keçirəcək.