Milli komanda

Prosineçki: “Məcburiyyətdən onu həmin mövqedə oynadıram”

“Birinci hissədə 2 səhvə yol verdik, rəqib bundan istifadə etdi. İkinci qol daha pis səhv idi. Ondan sonra oyunda dönüş etmək çətin oldu. Fasilədə dedim ki, ruhdan düşməyin. İkinci hissədə də gözəl mübarizəni davam etdirməliyik. Amma İtaliya kimi yığmaya qarşı oynamaq çətindi. Mübarizə aparmaq lazım idi və mənə elə gəlir ki, 90 dəqiqə ərzində mənim komandam bunu bacardı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

İtaliyaya yenilgini şərh edən xorvatiyalı mütəxəssis qırmızı vərəqə alaraq cəzalı duruma düşən Bədavi Hüseynovun yerinə Bolqarıstanda Ruslan Abışovu oynadacağını deyib:

“Bolqarıstana qarşı Ruslan oynayacaq. Çünki rəqabətdədi, hazırda oynamağa. Amma gözləməliyəm. Gərək baxım ki, oyunçuların vəziyyəti necədi. Amma bu günə cavabım odu ki, Bolqarıstanla görüşdə müdafiənin mərkəzində Ruslan Abışov oynayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43