Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, millinin məşqçisi Mahmud Qurbanovun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 16-da keçiriləcək “Hafnarfyordur” (İslandiya) – “İnter” matçını izləmək üçün sözügedən ölkəyə yollanacağını xəbər vermişdik.
İdmanxeber.com-un məlumatına görə, millinin digər məşqçisi Draqan Spaşiç isə “Çukariçki” (Serbiya) – “Qəbələ” oyununu izləməyə gedəcək.