Milli komanda

Prosineçkidən qələbə şərhi

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki rəqib müdafiəyə meyilli oynayır. Buna baxmayaraq ilk hissədə komandamın oyunundna çox razı qaldım. Gözəl oyun nümayiş etdirdilər. Bir səhvə yol verdik, rəqib də bunu bizə bağışlamadı. İkinci hissədə istədiyim oyunu tam görməsəm də, amma ümumi 90 dəqiqəni nəzərə alsaq komandamın oyunundan razı qaldım. Biz qələbəyə daha layiq idik, nəinki rəqib”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Moldova üzərindəki qələbəni şərh edən xorvatiyalı mütəxəssis millidə debüt edən Pavel Paşayev və qol hesabını açan Ağabala Ramazanovun oyunundan razı qaldığını bildirib:

“Əsas heyətin 8 oyunçusu bir neçə səbəbdən bu gün bizimlə deyildi. Yeni oyunçulardan da razı qaldım. Bəzi şeyləri sınaqdan keçirmək istəyirdim. Ümumən razı qaldım. Əsas heyətin üzvləri burda yox idi. Əgər əsas oyunçularımız da bu gün burda olsaydı biz daha güclü olardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43