PSJ “Renn”in yarımmüdafiəçisi Desire Dueni transfer etməyə çalışır.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçu parislilərin mövsümlərarası fasilədə əsas hədəfidir. “Renn” futbolçu üçün 60 milyon avro tələb edir.
Mənbənin məlumatına görə, Dueni və ailəsi artıq PSJ-nin prezidenti Nasser Əl-Xelaifi və klubun idman müşaviri Luis Kamposla görüşüb. Öz növbəsində “Bavariya” “Renn”ə bonuslar da daxil olmaqla 55 milyon avroluq təklif edib.
Duenin Renn ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.