PSJ “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, klub yay transfer pəncərəsində futbolçunu almağı planlaşdırır. PSJ kataloniyalıların maliyyə problemlərindən istifadə edib, yarımmüdafiəçini heyətinə qata bilər.
19 yaşlı Qavinin komandasını tərk etmək fikrində olmadığı da bildirilir. Onun dəyəri 90 milyon avrodur.
Futbolçunun “Barsa” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.