PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Paris klubunun sabiq futbolçusu Kilian Mbappenin borclarını ödəməməsidir. Klub rəhbərliyi hələ də 26 yaşlı hücumçunun maaşını ödəməyib.
Forvard da bununla bağlı UEFA-ya müraciət edib. Bu səbəbdən də Paris təmsilçisi sərt şəkildə cəzalana bilər
Mbappe PSJ forması ilə 306 matçda 255 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb.