PSJ hücumçu Kilian Mbappeyə 400 milyon avro dəyərində yeni 4 illik müqavilə təklif edib.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik fransalı hücumçunu buraxmaq niyyətində deyil. Ulduz oyunçunun “Real”a keçəcəyi bildirilir. Mbappenin də Paris klubundan ayrılmaq istədiyi iddia edilib.
Fransalı 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Bu mövsüm 25 yaşlı fransalı bütün turnirlərdə 25 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.