21 Fevral 2025
Dünya futbolu

PSJ-dən 75 milyonluq təklif

PSJ heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu “Marsel”in hücumçusu Meyson Qrinvudu transfer etmək üçün 75 milyon avroluq təklif hazırlayır.

“Mançester Yunayted” keçmiş oyunçusunun satışından 50 faiz pay alacaq və bu transferdən 37,5 milyon avro qazanacaq. 

Futbolçunun keçidi yayda baş tuta bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43