PSJ argentinalı hücumçu Lionel Messi ilə müqaviləni yeniləməyəcək.
İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb oyunçunun klubdan icazəsiz Səudiyyə Ərəbistanına səfər etməsidir. Buna görə, Messini iki həftə heyətdən kənarlaşdıran rəhbərlik onun müqavilə yenilməmə qərarı alıb.
35 yaşlı argentinalının parislilərlə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Bu mövsüm hücumçu komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.