Mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatan Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, PSJ misirli vingeri heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Parislilər Salaha həftəlik 500 min avro maaş təklif edib. İngiltərə klubunun 32 yaşlı futbolçuya təklifi isə həftəlik 400 min avrodur.
“Liverpul” Məhəmməd Salahı 2017-ci ilin yayında “Roma”dan transfer edib.